İDMAN


Stend və güllə atıcılığı üzrə ən güclülər müəyyənləşib

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə federasiya kuboku yarışının üçüncü mərhələsi başa çatıb.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında 100-ə yaxın idmançı iştirak edib.

Yekun nəticəyə görə, güllə atıcılığı üzrə Xanna Əliyeva, Nuranə Əliyeva, Zərifə Qasımova, Ruslan Lunyov, Ramiz Xəlilov, Hacı Musayev, stend atıcılığı üzrə isə Regina Meftahətdinova, Aydan Camalova, Fuad Qurbanov, Mirmömin Ağazadə fərdi yarışlarda qalib adını qazanıblar. Ruslan Lunyov-Nigar Nəsirova, Üzeyir Tapdıqlı-Jalə Bayramova cütlükləri güllə, Mirmömin Ağazadə-Alina Rəfixanova cütlüyü stend atıcılığı üzrə qarışıq komanda yarışında birinci yeri tutublar.

Qeyd edək federasiya kuboku yarışı il ərzində üç dəfə keçirilir. Turnirin təşkilində məqsəd ölkə üzrə güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.