MƏDƏNİYYƏT


Stinq bütün mahnılarının müəllif hüquqlarını “Universal Music Group”a satıb

Bakı, 11 fevral, AZƏRTAC

Britaniyalı musiqiçi Stinq bütün mahnılarının müəllif hüquqlarını “Universal Music Group” şirkətinə satıb. Müqavilə təxminən 250 milyon dollara başa gəlib.

Bu barədə TASS və BBC-nin rus xidməti məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, şirkət müğənninin bütün bəstələrinin, o cümlədən son albomu “The Bridge”dən olan treklərin master surətlərini almaq hüququnu əldə edib. UMG, həmçinin “The Police” qrupun tərkibində çalışmış və Stinq tərəfindən yazılmış bütün musiqilərin hüquqlarını əldə edib. Mahnıların nəşr hüquqları “Universal Music Publishing Group”a verilib.

“Mənim üçün çox vacibdir ki, yaradıcılıq irsim dəyərli və hörmətli bir evə sahib olsun. Bu, təkcə sadiq pərəstişkarlarım ilə yeni formada əlaqə qurmaq üçün deyil, həm də mahnılarımı yeni auditoriyaya, musiqiçilərə və nəsillərə çatdırmaq üçündür”, - deyə Stinq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.