İDMAN


Stiven Kenni: Azərbaycan millisi çox təhlükəli rəqibdir

Bakı, 10 oktyabr, AZƏRTAC

Qalib gəlmək önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan millisi çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir.

AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına səfərdə 3:0 hesabı ilə qalib gələn İrlandiya millisinin baş məşqçisi Stiven Kenni oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi deyib: "İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə çox ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə vurduq. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.