Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib VİDEO

Stokholm, 18 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb.

“Bu gün biz Azərbaycanı İsveçdə daha da yaxşı tanıtmaq istəyirik və bunun üçün biznes sahəsinin verdiyi imkanlarından istifadə etməyə çalışacağam. Gələcəkdə, bu tədbirin davamı kimi mən iki ölkədən olan iş adamlarının birgə görüşünü də keçirmək istəyirəm”, - deyə Ulrika Nazimson bildirib.

Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünü irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtdırmaqla yanaşı, bura, eyni zamanda, İsveç iş adamlarına Azərbaycan ticarət və investisiya imkanlarını nümayiş etdirmək üçün yaxşı şansdır.

Vaqif Seyidbəyob deyib: “Bu layihə İsveç və Azərbaycan arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək və bir daha Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin və tərəfdaşlığı inkişaf etdirməyə marağını nümayiş etdirəcək”.

O bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyi 2008-ci ildə fəaliyyətə başlayıb və ötən 10 ildən çox müddətdə səfirlik ikitərəfli münasibətlərin inkişafına töhfə verərək yaxşı dost əlaqələrinin qurulması üçün əlindən gələni edib.

“Bu gün biz bir daha əməkdaşlıq etməyə və birlikdə işləməyə hazır olduğumuzu göstərmək üçün buradayıq. Onu da əlavə etmək istərdim ki, bu tədbirin keçirilməsi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yanında Azərbaycan Diasporuna Dəstək Fondu, tərəfindən yaradılan təşkilat xaricdə yaşayan azərbaycanlıları da dəstəkləyir”, - deyə diplomat qeyd edib.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayaq bildirib ki, Azərbaycanla İsveç arasında olan münasibətlər iki ölkənin potensialını əks etdirmir: “150 il əvvəl ölkələrimiz arasında çox sıx münasibətlər mövcud olmuşdur, hətta Nobel qardaşları öz var-dövlətlərinin böyük hissəsini Azərbaycanda qazanıb. Onların Bakıdakı neft sahəsində işləri o qədər uğurlu olub ki, 1880-cı illərdə onlara çalışanların sayı 15 min nəfərdən çox olub”.

Hainz Syoqren bildirib ki, həmin illərdə Nobel qardaşları İsveçə xas yanaşmanı Bakıda da nümayiş etdirib, çünki onlarla çalışan işçilərin sosial rifahı üçün bir sıra məsələlər həll olunub.

“Təəssüflər olsun ki, biz bir vaxtlar mövcud olmuş bu əlaqələri yaddan çıxarmışıq, ona görə bu kimi tədbirlərin keçirilməsi və davamlı olması çox vacibdir”, - deyə Hainz Syoqren söyləyib.

Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qorunub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X.Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbirin əsas hissəsində biznes inkişafı üzrə mütəxəssis Ulrika Nazimson Azərbaycanla bağlı təqdimat edib. Təqdimatda ölkəmizin tarixi və mədəni aspektləri, iqtisadi inkişafın gələcək modeli haqqında ətraflı məlumat verilməsi ilə yanaşı, İsveç və Azərbaycan arasındakı işgüzar və mədəni əlaqələrin inkişaf etdirmə perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Azərbaycanın turizm potensiyalı haqqında xüsusi videoların nümayiş olunmasından sonra, ölkəmizin tarixi mədəni müxtəlifliyi haqqında məlumat verilib. Azərbaycanın inkişaf modeli, neft qaz, layihələri ilə bağlı ətraflı məlumatın da yer aldığı təqdimatda respublikanın digər tərəfdaş ölkələrlə əlaqələri haqqından da bəhs olunub.

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri haqqında da məlumat verən Ulrika Nazimson, hava nəqliyyatının inkişafı, Xəzərin ən böyük limanı olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində görülən işlərdən və İsveç iş adamlarını maraqlandıra biləcək digər layihələr haqqında da məlumat verib.

Telekommunikasiya texnologiyalarının da Azərbaycanda böyük vüsət aldığını diqqətə çatdıran biznes inkişafı üzrə mütəxəssis U.Nazimson, Azərbaycan Milli Aerokosmik Agentliyi tərəfindən müxtəlif peyklərin istifadə edildiyini və bunun Azərbaycanda kosmik sənayenin inkişafı üçün ilk addım olduğunu bildirib.

Azərbaycanda “Volvo”, ABB, “Ericsson”, “Electrolux”, “Oriflame”, “SKF”, “Husqvarna” və “Vsab” kimi İsveç şirkətlərinin fəaliyyət göstərdiyini bildirən Ulrika Nazimson bu əlaqələrin daha da inkişaf edə biləcəyini qeyd edib, bəzi sahələrə daha çox diqqətin yetirilməli olduğunu vurğulayıb.

Tədbir əsnasında yazıçı Günel Anarqızının və şairə Leyla Bəyimin ingilis dilində nəşr edilmiş “Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verərək münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI