MƏDƏNİYYƏT


Stokholmda böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərləri səslənib

Stokholm, 1 oktyabr (AZƏRTAC). Stokholmda böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərləri səslənib.

Fransanın İsveçdəki səfirliyinin təşkil etdiyi klassik musiqi orkestrinin konserti Stokholmda Fransa Mədəniyyət Mərkəzində keçirilib.

İctimaiyyətin, İsveçdəki Fransa diasporunun, Stokholmda akkreditə olunan səfirliklərin nümayəndələrinin, İsveçin dövlət məmurlarının iştirak etdiyi konsertdə Fikrət Əmirovun əsərləri fransalı musiqiçilərin ifasında səslənib.

Qeyd edək ki, bu orkestrin konsertləri Stokholmdan əvvəl Kopenhagendə və Osloda baş tutub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.