MƏDƏNİYYƏT


Stokholmdakı Nobel muzeyində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqqında məlumat veriləcək

Stokholm, 14 sentyabr, AZƏRTAC

Stokholmdakı Nobel muzeyində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqqında məlumat veriləcək.

Bu barədə İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşovanın Stokholm şəhərində yerləşən Nobel muzeyinin müdiri Olov Amelin ilə görüşündə məlumat verilib.

Görüşdə Nobel gardaşlarının Azərbaycanda yaşadığı illərdə ölkəmizdəki fəaliyyəti, bu böyük şəxslərdən qalan irs, Bakı neftinin Nobel qardaşlarının həyatındakı rolu barədə danışılıb. Habelə muzeydəki eksponatlar arasında ölkəmizə aid tarixi faktlar barədə də məlumatların yer alması barədə fikir mübadiləsi aparılıb.

Olov Amelin deyib ki, muzeyin ərazisi kiçik olduğundan buradakı eksponatlar sırf Alfred Nobelin həyatına və yaradıcılığına həsr olunub. Lakin yaxın gələcəkdə muzeyin ərazisi böyüdüləcək, daha ətraflı məlumat verən eksponatlar təqdim ediləcək.

Yeni muzeydə, həmçinin Azərbaycanda fəal şəkildə çalışmış Lüdviq və Robert Nobel qardaşlarının həyat və yaradıcılıqları, Bakı neftinin Nobel qardaşlarının həyatlarında rolu ilə bağlı sərgi yaratmağa imkanımız olacaq. Olov Amelin Nobel muzeyində Robert və Lüdviq qardaşlarının Azərbaycanda yaşadıqları zamana aid sərgi keçirməyi təklif edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.