DÜNYA


Stokholmdan Təl-Əvivə uçan “Boeing 737 Max 8” təyyarəsi İsveçə geri qaytarılıb

Stokholm, 13 mart, Rauf Əliyev, AZƏRTAC

Stokholmdan Təl-Əvivə uçuş həyata keçirən “Norvegian” aviaşirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarə havada olarkən geri qaytarılaraq İsveç paytaxtına eniş edib.

AZƏRTAC İsveç mətbuatına istinadla xəbər verir ki, yerli vaxtla saat 17:00 radələrində Stokholma qayıdan təyyarədə hər hansı problem qeydə alınmayıb. Buna baxmayaraq, “Norvegian” aviaşirkəti Efiopiyada baş vermiş təyyarə qəzasından sonra bu tipli təyyarələrin istifadəsini dayandırdığı üçün aviareys təxirə salınıb.

Xatırladaq ki, Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiyada qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son beş ayda bu tipli təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.