DÜNYA


Stokholmun ətraf qəsəbəsində yaşayış evlərinin qarşısında iki partlayış baş verib

Stokholm, 21 yanvar, AZƏRTAC 

Stokholmun ətraf qəsəbəsində yaşayış evlərinin qarşısında iki partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, partlayışlardan sonra 50-dək insan öz evindən təxliyə edilib. Partlayışlar bir neçə dəqiqə fərqlə Stokholmun şimal-qərbindəki Hasbi rayonunun bir neçə yüz metrliyində baş verib.

İsveç polisində AZƏRTAC-ın müxbirinə bildiriblər ki, partlayışlar nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinə gələn polis və minaaxtaranlar 50-yə yaxın insanı təxliyə ediblər. Partlayışların baş verdiyi ərazidəki binalara xeyli ziyan dəyib. Asayiş keşikçilərinin sözlərinə görə, istifadə olunan partlayıcı maddənin növü hələ ki, müəyyən edilməyib. İsveç polisi və prokurorluğu bu partlayışlarla bağlı təhqiqata başlayıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.