DÜNYA
Stoltenberq: Ukrayna münaqişəsi çox güman ki, danışıqlar yolu ilə həll olunacaq
Bakı, 25 iyun, AZƏRTAC
Ukrayna ətrafında yaranan vəziyyət çox güman ki, danışıqlar masası arxasında həll olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.
“Ukrayna-Rusiya müharibəsi çox güman ki, danışıqlar masası arxasında başa çatacaq. Biz Ukraynanın mümkün qədər güclü olmasını istəyirik, onun suveren və müstəqil Avropa dövləti kimi qalması üçün məsuliyyət daşıyırıq. Bunun ən yaxşı yolu Ukraynaya güclü hərbi və iqtisadi dəstəkdən və Rusiyaya qarşı sərt sanksiyalardan keçir”, - deyə Şimali Atlantika Alyansının Baş katibi bildirib. Onun sözlərinə görə, NATO ilə Rusiya arasında total müharibə mövcud deyil.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı indiyədək dünya tarixində görünməmiş sanksiyalar tətbiq edib. Ukraynaya isə genişmiqyaslı hərbi və humanitar yardım göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]