İDMAN


Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 12 iyul, AZƏRTAC

Stolüstü tennis üzrə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, şəxsi və komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak ediblər.

Yekun nəticələrə görə, qızlardan ibarət komanda “Sumqayıt-2” yığması birinci yeri tutub. İkinci yerə “Sumqayıt-1”, üçüncü yerə isə “Sumqayıt-3” və “Şabran” komandaları layiq görülüblər. Oğlanlardan ibarət“Sumqayıt-1” komandası birinci yerdə qərarlaşıb. İkinci yerə “Bakı-1”, üçüncü yerə isə “Sumqayıt-2” və “Şabran komandaları layiq görülüblər.

Qızların şəxsi yarışlarında Mərziyyə Nurmətova qızıl, Aylin Əsgərova gümüş, Arzu Aslanova və Nigar Mahmudova bürünc medal qazanıblar. Oğlanların şəxsi oyunlarında isə ilk pillədə Hüseyn Eylazov qərarlaşıb. Adil Əhmədzadə ikinci, Tahir Qubadov, Rüstəm Hacılı üçüncü yerləri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.