İDMAN


Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 29 iyun, AZƏRTAC

Şəhid general–mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 2010-cu il təvəllüdlü və daha az yaşda idmançılar iştirak ediblər. Fərdi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Bu gün keçirilən həlledici görüşlərin nəticələrinə əsasən, qızlar arasında Yağmur Məmmədli (Sumqayıt) ölkə çempionu adını qazanıb. Xədicə Eylazova (Sumqayıt) ikinci, Banu Baytallı və Aynur Ağayeva (Bakı) üçüncü yerləri tutublar.

Oğlanların mübarizəsi Onur Quluzadənin (Bakı) qələbəsi ilə başa çatıb. Tunar Bağırov (Şabran) gümüş, İbrahim Rəhimzadə (Bakı) və Uğur Nəzərli (Sumqayıt) bürünc medala layiq görülüblər.

Fərqlənən idmançılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsi idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.