İDMAN


Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 20 fevral, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, böyüklər arasında təşkil edilən yarışda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayıblar. Dörd gün davam edən turnirin yekun nəticələrinə görə, komanda yarışında qadınlar arasında “Sumqayıt -2”, kişilərin yarışında “Bakı-1” komandaları birinci yerləri tutublar.

Qoşa yarışlarda Məryəm İmanova - Billurə Eminova cütlüyü qadınlar, Emin Məmmədov - Vəzir Allahverdiyev cütlüyü isə kişilərin yarışında qalib olublar.

Qarışıq qoşa yarışlarda Əliverdi Şahgəldiyev - Aylin Əsgərova cütlüyü ən yüksək nəticə ilə fərqləniblər. Şəxsi yarışlarda isə qadınlar arasında Rüfət Əliyeva, kişilərin yarışında Emin Məmmədov birinci yeri tutublar.

Sonda qalib və mükafatçılar təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.