İDMAN


Stolüstü tennis üzrə Azərbaycan millisi gənclər arasında Avropa çempionatında iştirak edəcək

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 15-24-də Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı çempionatda 10 tennisçi təmsil edəcək. Yığma komandamız qitə birinciliyində baş məşqçi M.Timofeyevin rəhbərliyi ilə yarışacaq.

Çempionatda Avropanın 44 ölkəsinin təmsilçiləri mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.