İDMAN


Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir

Bakı, 27 iyun, AZƏRTAC

Bu gün şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

AZƏRTAC xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışa 2010-cu il təvəllüdlü və daha aşağı yaşda idmançılar qatılıblar. Fərdi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar.

İyulun 29-da yekunlaşacaq yarışda ilk üç yeri tutan idmançılar Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.