İDMAN


Stolüstü tennis üzrə növbəti təsnifat mərhələsi Bakıda keçiriləcək

Bakı, 1 oktyabr, AZƏRTAC

Avropa Stolüstü Tennis Birliyinin təqvim planına müvafiq olaraq, 2019-cu il Avropa komanda çempionatının növbəti təsnifat mərhələsi Bakıda keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 2-də saat 15:00-da qadınlardan ibarət Azərbaycan yığma komandası Almaniya yığması, saat 18:00–da isə kişilərdən ibarət komandamız Litva millisi ilə görüşəcək.

Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən, Avropa komanda və şəxsi çempionatları bir il şəxsi və növbəti il komanda olmaqla keçiriləcək. 2019-cu ildə keçiriləcək Avropa komanda çempionatında 24 qadın və 24 kişi komandası iştirak hüququna malikdir. Bu 24 millinin arasında yer almaq üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edirlər.

Təsnifat oyunu “Şüa” idman sağlamlıq kompleksində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.