REGİONLAR
Stolüstü tennis üzrə respublika çempionatının finalında 80 idmançı mübarizə aparır VİDEO
Xaçmaz, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 15-də Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə yeniyetmə və uşaqlar arasında respublika çempionatının final mərhələsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarışın final mərhələsində 80 idmançı medallar uğrunda mübarizə aparır.
İki gün davam edəcək turnirdə yarışan 10 komanda Şəki və Mingəçevirdə keçirilən zona birinciliklərinin qalibləri adını qazanaraq final mərhələsinə vəsiqə əldə edib.
Tennisçilər şəxsi, komanda, qoşa, qarışıq-qoşa növlərdə medallar uğrunda mübarizə aparır.
Qalib tennisçilər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif olunacaqlar.