REGİONLAR


Stolüstü tennis üzrə respublika çempionatının qalibləri mükafatlandırılıb

Xaçmaz, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən stolüstü tennis üzrə yeniyetmə və uşaqlar arasında respublika çempionatının final mərhələsinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oğlanlar arasında yarışda 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası birinci, Sumqayıt tennisçiləri ikinci, Şəki kollektivi isə üçüncü yeri qazanıb.

Qızlar arasında isə Şəki tennisçiləri qalib olub. İkinci və üçüncü yerləri Sumqayıtın iki komandası tutub.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarışın final mərhələsində 10 komandanın tərkibində 80 idmançı medallar uğrunda mübarizə aparıb.

Qalib tennisçilər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.