İDMAN


Stolüstü tennis üzrə xatirə turniri keçirilib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yerləri tutublar.

Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində qələbə qazanıb. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda qalib olublar. Qoşaların turnirində isə Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə qazanıb.

Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.