İDMAN


Stolüstü tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə adlayıblar

Bakı, 7 iyul, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Sloveniya kollektivi üzərində 3-1 hesabı ilə qələbə qazanan oğlanlardan ibarət Azərbaycan seçməsi bu gün Avstriya millisi ilə üz-üzə gəlib. Rəqibinə 1-3 hesabı ilə uduzan komandamız qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

İlk oyunda Yunanıstan seçməsinə uduzan (1-3), ardınca Monteneqro komandasına qalib gəlib gələn (3-0) qızlardan ibarət millimiz bu gün İsveç kollektivini də məğlub edərək (3-1) qrup ikincisi olub. Komandalarımız növbəti oyunlarını sabah keçirəcəklər.

Qeyd edək ki, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova və Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.

Yarışa iyulun 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.