İDMAN


Stolüstü tennisçilərimiz Latviyada gənclər arasında beynəlxalq turnirdə iştirak edirlər

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi 6 idmançı təmsil edir. Belə ki, oğlanlar arasında Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov mübarizə aparırlar. Arzu Aslanova, Aylin Əsgərova və Mərziyyə Nurmətova isə qızlar arasında yarışırlar.

Turnir fevralın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.