İDMAN


Stolüstü tennisçilərimiz “Top-8” turnirində yarışacaqlar

Bakı, 26 may, AZƏRTAC

Mayın 27-də Bakıda - “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə “Top-8” turniri keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi yarışda ölkə çempionatında ilk səkkiz yeri tutan idmançılar bacarıqlarını göstərəcəklər. Şəxsi xarakter daşıyan turnirdə kişilərin mübarizəsində Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvəsini sınayacaq. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə qazanmağa çalışacaq. Dairəvi sistem üzrə iki yarımqrupda keçiriləcək yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.

Stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.