İDMAN


Stolüstü tennisçilərimiz Türkiyədə iki medala sahib olublar

Bakı, 21 mart, AZƏRTAC

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb.

AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən M.Nurmətova səkkizdəbir finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.

Seçmə komandamızın digər üzvü Yağmur Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.

Martın 22-də Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komandamız mübarizəyə qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.