İDMAN
Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 mükafat qazanıblar
Bakı, 25 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə seçmə komandanın iki üzvü mükafatlar uğrunda mübarizə aparıb. 11 yaşadək tennisçilərin turnirində etimadı layiqincə doğruldan Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatını qazanıb.
15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova isə yalnız gərgin mübarizə ilə yadda qalan final görüşündə iranlı rəqibinə 2:3 hesabı ilə uduzaraq 2-ci yerlə kifayətlənib.
Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.
Beləliklə, yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandası 18 ölkə idmançılarının qatıldığı turniri 5 mükafatla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:35]
Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub
- 18.04.2024 [16:43]
Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]