İDMAN


Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə iki medal qazanıblar

Bakı, 6 yanvar, AZƏRTAC

Budapeştdə keçirilən stolüstü tennis üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə qızlardan ibarət komandamız uğurla çıxış edərək iki medal qazanıb. Yarışların ikinci günündə fərdi birincilikdə mübarizə aparan Arzu Aslanova gümüş medala sahib olub. Bundan əvvəl isə Arzu Aslanovanın, Mərziyyə Nurmətovanın və Aysu Ağayevanın yer aldığı komanda fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirdə oğlanlardan və qızlardan ibarət komandalarımız məşqçilər Elnur Hidayətzadənin və Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.