İDMAN


Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Bakı, 29 noyabr, AZƏRTAC

Dekabrın 4-dən 9-dək Sankt–Peterburqda stolüstü tennis üzrə N.Q.Nikitinin xatirəsinə həsr olunan XIX beynəlxalq turnir start götürəcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq turnirdə oğlanların yarışında Adil Əhmədzadə, Toğrul Məhəmmədov, Hüseyn Eylazov, qızların mübarizəsində isə Mehriban Dadaşova, Fatimə Cəfərova, Arzu Aslanova güclərini sınayacaqlar.

Yığma komandamızın Sumqayıt şəhərindəki təlim-məşq toplanışı dekabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.