İDMAN


Stolüstü tennisçimiz Onur Quluzadə Çində təlim-məşq toplanışında iştirak edir

Stolüstü tennisçimiz Onur Quluzadə Çində təlim-məşq toplanışında iştirak edir

Bakı, 24 may, AZƏRTAC

İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində start verilən hazırlıq prosesində iştirak edir. İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyunda Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır.

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan O.Quluzadə bu ilin martında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında üçüncü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında ikinci, şəxsi və qoşa yarışında isə üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.