İDMAN
Stolüstü tennisçimiz beş qitənin ən istedadlıları sırasında yer alıb
Bakı, 16 yanvar, AZƏRTAC
Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, istedadlı idmançımızı seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşayiət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına beş qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və miniturnirlərdə iştirak edəcəklər.
Xatırladaq ki, Onur Quluzadə artıq bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin oxşar təlimlərinə qatılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
- 28.03.2024 [12:17]
Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
- 28.03.2024 [11:56]
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.03.2024 [11:44]
Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər
- 28.03.2024 [09:25]