CƏMİYYƏT
“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Stomatoloji Assosiasiyasının birgə təşkilatçılığı ilə assosiasiyanın 25 illiyinə həsr olunmuş konfranslar silsiləsi çərçivəsində aprelin 1-2-də “Stomatologiyanın aktual problemləri” mövzusunda XXIII beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfransın ilk günündə rəsmi açılış mərasimi və mütəxəssislərin iştirakı ilə təqdimatlar nümayiş etdiriləcək və müzakirələr aparılacaq. İkinci gündə isə iki seansdan ibarət master-klas təşkil olunacaq. Hər seans iki saat davam edəcək və 6-ya qədər həkim iştirak edəcək. Həkimlər modellər üzərində dörd texnika tətbiq edəcəklər. Onlara material və alətlər veriləcək.
Master-klas Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının konfrans zalında keçiriləcək.