CƏMİYYƏT


Stomatologiyaya aid yeni dərsliklər nəşr edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları Oqtay Seyidbəyov, Məzahir İsmayilov, Lalə Quliyeva və Cəmil Babayevin "Ağız suyu və tüpürcəyin orqanizm və ağız boşluğu orqanlarına təsiri" və həmin kafedranın dosenti Məzahir İsmayilovun "Adgeziv stomatologiya – müasir stomatologiya" dərslikləri nəşr edilib.

Bu barədə AZƏRTAC-a institutun mətbuat xidmətindən məlumat veriblər.

Dərsliklərdə müasir stomatologiyanın bütün bölmələri – minimal invaziv stomatologiya, estetik və restovrativ stomatologiya, kariesologiya, endodontiya, direkt və indirekt ortopedik restovrasiyaları və s. əhatə edilir, tələbə, rezident və praktik stomatoloqlara innovativ materiallar, üsul və texnologiyalar barədə məlumatlar sadə dildə çatdırılır.

Dərsliklər praktik stomatoloqların istifadəsi üçün faydalı vəsaitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.