MƏDƏNİYYƏT


“Stranger Thing”in tək bir səhnəsi üçün vizual effektlər komandası 2 ildən çox işləyib

Bakı, 8 avqust, AZƏRTAC

“Netflix”in məşhur serialı “Stranger Things”in dördüncü mövsümü başa çatıb. Məlum olub ki, serialdakı bəzi səhnələri çəkmək üçün vizual effektlər komandası iki ildən çox işləməli olub. “Netflix” “Stranger Things”in uğurunu 4-cü sezon finalı ilə qeyd edir.

AZƏRTAC xəbər verir ki, dünya miqyasında pərəstişkar kütləsi qazanan serialda ən çox bəyənilən məqamlardan biri də vizual effektlərdir. Duffer Qardaşlarının planlaşdırdığı hekayəni izah etmək üçün vizual effektlər komandası gözləniləndən və tamaşaçıların gördüklərindən daha çox işləməli olub.

Layihənin texniki tələblərinin aşkarlanmasına cavabdeh olan Jülyen Heri qatıldığı bir proqramda serialın fonunda baş verənləri izah edib. O bildirib ki, serialdakı bir səhnə komandadan onun üzərində iki ildən çox işləməyi tələb edib. Digər tərəfdən, səhnənin hazırlanmasının bu qədər uzanmasının səbəblərindən biri də komandanın mükəmməl səhnə yaratmaq istəyi ilə izah edib.

Qeyd edək ki, sözügedən səhnə yarasaların Havkins üzərində uçduğu və nəticədə “Creel House”a endiyi səhnədən başqa bir şey deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.