SİYASƏT


Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq

Strasburq, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 24-25-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən təşkil olunan sammitdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.

Sammitdə 60-dək ölkənin parlament sədrinin və 300 nümayəndənin iştirakı gözlənilir. İki gün ərzində parlamentlərin sədrləri “Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, “BMT-nin Proqramının-2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, “Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar olacaq və onların ətrafında müzakirələr aparılacaq.

AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç Buriç sammitin ilk günündə parlament sədrləri qarşısında çıxış edəcək.

Qeyd edək ki, parlament sədrlərinin ilk konfransı 1975-ci ildə toplanıb. Həmin vaxtdan hər iki ildən bir parlament sədrlərinin sammiti Strasburqda və ya Avropa Şurası üzv dövlətlərindən birinin paytaxtında keçirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.