ELM VƏ TƏHSİL


Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb

Bakı, 13 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) bir neçə dövlət qurumu, xüsusilə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi ilə birgə layihələr həyata keçirir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının müvafiq rəyinə əsasən, SETM-də aparılan müdafiə və milli təhlükəsizlik təyinatlı dövlət əhəmiyyətli bir neçə elmi tədqiqat işləri üzrə son hazır nümunələrin (hərbi təyinatlı məmulatların) Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

Bununla əlaqədar olaraq, hərbi sahəyə elmi tədqiqat işlərinin tətbiqi istiqamətində xidmətlərinə görə, SETM-in əməkdaşları təltif ediliblər. Belə ki, Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən, SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, SETM-in 1 nömrəli Elmi-tədqiqat laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov və həmin laboratoriyanın baş mütəxəssisi Namiq Heydərov “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.