İQTİSADİYYAT


Strateji Yol xəritələri üzrə müzakirələr aparılıb

Bakı, 7 iyul, AZƏRTAC

Uyğun qiymətə mənzil təminatının və kommunal xidmətlərin inkişafına dair Strateji Yol xəritələri üzrə İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icra vəziyyəti nazir müavini Sevinc Həsənovanın və müvafiq işçi qrupların rəhbərlərinin iştirakı ilə müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda kommunal xidmətlərin inkişafı ilə bağlı Strateji Yol Xəritəsi çərçivəsində su və kanalizasiya xidmətlərindən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların, uyğun qiymətə mənzil təminatının inkişafı ilə bağlı mənzil tikintisi proqnozunun və dövlət proqramının layihəsinin hazırlanması və uyğun qiymətə mənzil təminatının həyata keçirilməsi işlərinə özəl tikinti şirkətlərinin cəlb olunması istiqamətində işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.

Strateji Yol xəritələrində İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin tam və vaxtında yerinə yetirilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.