Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir

Bakı, 11 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin BƏT-lə çoxşaxəli əməkdaşlıq gündəliyinə malik olduğunu qeyd edərək bildirib ki, hökumət, eləcə sosial tərəfdaşlar olan həmkarlar təşkilatları və işəgötürənlər BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və praktiki layihələrin icrası istiqamətində birgə fəaliyyət göstərirlər. Azərbaycan hökumətinin 2017-ci ildə BƏT-in İdarə Heyətinin üzvü seçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin növbəti bir göstəricisi olub. Bunun nəticəsi kimi, ölkəmiz hazırda BƏT tərəfindən müvafiq sahələr üzrə mühüm qərarların qəbul edilməsi prosesində yaxından iştirak edir. Həmçinin Azərbaycan BMT-nin 8-ci Dayanıqlı İnkişaf Məqsədi (layiqli əmək) üzrə BƏT-in fokus ölkəsi müəyyən edilib. Əlamətdar haldır ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim edəcəyi 2-ci könüllü hesabatda ölkəmizin beynəlxalq təşkilatlarla, o cümlədən BƏT-lə əməkdaşlığı da əksini tapır.

Azərbaycanın BƏT-in 57 Konvensiyasına qoşulduğunu qeyd edən nazir müavini bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin təkmilləşdirilməsi, potensialının gücləndirilməsi istiqamətində də BƏT-lə davamlı əməkdaşlıq həyata keçirilir. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il oktyabrın 20-də qəbul edilmiş qanununa əsasən ölkə ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Xidmət tərəfindən, vətəndaşlardan, müəssisə təşkilat, dövlət orqanlarından daxil olan şikayət ərizələri və müraciətlər həmin Qanunun tələblərini nəzərə alaraq icra olunur.

M.Kərimli DƏMX-in fəaliyyəti barədə danışarkən deyib ki, bu ilin birinci yarım ilində xidmət vətəndaşlardan daxil olmuş 3964 şikayət məzmunlu ərizəni, eləcə də hüquqi şəxslərin 3016 məktubunu araşdıraraq cavablandırıb, 708 vətəndaş isə fərdi qaydada qəbul edilib.

Nazir müavini DƏMX tərəfindən hər bir müraciətin qanunvericlik çərçivəsində araşdırılaraq cavablandırıldığını, müraciətlərin araşdırılması zamanı aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün görülən tədbirləri diqqətə çatdırıb. Qeyd olunub ki, xidmətin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması üçün risk əsaslı nəzarət və müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılması, zəruri institusional bazanın hazırlanması məqsədlə 2019-cu ilin əvvəlindən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa başlanılıb. Digər vacib bir məqam ölkəmizdə Əməyin Mühafizəsi Fondunun yaradılması ilə bağlıdır. Bu Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarət olacaq. Eyni zamanda, BƏT-in “Əməyin təhlükəsizliyi və gigiyenası və iş mühiti haqqında” 155 saylı Konvensiyanın ratifikasiya edilməsi üçün məsləhətləşmələrə başlanılıb.

M.Kərimli diqqətə çatdırıb ki, konfransda müzakirə ediləcək BƏT konsepsiyası əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məsələsinə ənənəvi reaktiv yanaşma əsasında deyil, strateji əməletmə modeli əsasında baxmaq imkanı verir. Həmin konsepsiyanın tətbiq olunmasına sosial tərəfdaşlıq ruhunda, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyasında digər bütün maraqlı tərəflər cəlb olunmaqla baxılması məqsədəuyğun olardı.

Nazir müavini əməyin təftişi sahəsində strateji əməletmənin planlaşdırılmasına həsr olunan konfrans çərçivəsində əməyin təftişinə BƏT-in yanaşması, strateji əməletmənin prinsipləri və elementləri, ölkəmizdə əmək qanunverciliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər barədə geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Əmək Administrasiyasının Əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsinin əməkdaşı Joaquim Pintaqo Nunes çıxış ediblər.

Konfransın gündəliyinə “Əməyin təftişi üzrə BƏT-in yanaşması”, “Azərbaycanda əməyin təftişi sistemi”, “Əmək müfəttişliyi üzrə BƏT-in strateji əməletmə planlaşdırması”, “Əməyin idarə olunması və formal məşğulluğa keçid” və digər mövzularda sessiyaların keçirilməsi, məruzə və təqdimatların edilməsi, geniş müzakirələrin aparılması daxildir.

Konfrans öz işini iyulun 12-də yekunlaşdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib