İQTİSADİYYAT


Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib

Bakı, 19 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə KOBİA-nın əsas icraçısı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iclaslarda İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

İclaslarda biznes inkubatorların inkişafı, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrinin inkişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər, nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.