İQTİSADİYYAT


Strateji yol xəritələrinin monitorinqi mövzusunda seminar keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Avropa Təlim Fondu (ETF) ilə birgə təşkil etdiyi “Azərbaycanda İqtisadi Şaxələnməyə Hədəflənən Strateji Yol Xəritələrinin Monitorinqi: Mövcud Praktikalar və Təcrübə Mübadiləsi” mövzusunda təlim keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Avropa Təlim Fondunun Azərbaycan üzrə ölkə koordinatoru Marqareta Nikolovska çıxış ediblər.

Mərkəzin Strateji Təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərova bildirib ki, Avropa Təlim Fondu və İİTKM arasında davam etdirilən əməkdaşlıq tədbirlərinin bir hissəsi kimi keçirilən təlimin məqsədi iqtisadi siyasətin və strateji çərçivələrin monitorinqində tətbiq olunan qlobal tendensiyaların təhlili, Azərbaycanda qazanılan təcrübəyə əsaslanaraq əsas maraqlı tərəflərin effektiv monitorinq prosesinə cəlbolunma yollarını müzakirə etməkdən ibarətdir. Bundan başqa seminar zamanı özünü qiymətləndirmə praktikalarının əsas tendensiyaları və onların faydaları əsas müzakirə mövzusu olub.

Təlim “Əsas tərəfdaşlar aparılan sektor və iqtisadi siyasətlərə nəzarət”, “Sektor üzrə strategiya və iqtisadi siyasətin monitorinqi məqsədilə əsas tərəfdaşlarla əməkdaşlıq” mövzularında sessiyalardan ibarət olub. Hər iki sessiyada mövzulara uyğun təqdimatlar nümayiş olunub.

Təlimdə strateji yol xəritələrinin icrasını həyata keçirən 20-dən artıq aidiyyəti dövlət qurumunun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.