İDMAN
Stritbol üzrə turnirin qalibləri müəyyənləşib
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2000-2002 və 2003-2005-cü illər təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, oyunlar Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib.
Yarışda hər yaş qrupu üzrə 12 komanda tərkibində 72 idmançı iştirak edib.
2000-2002-ci il təvəllüdlü oğlanlar arasında yarışda “Ulduz”, 2002-2004-cü il təvəllüdlülərin mübarizəsində isə “Sahil” komandaları qızıl medal qazanıblar.
Yarışın sonunda mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]