İDMAN


Stronqmen üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Su İdmanı Sarayının ərazisində keçirilən stronqmen üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, karantin qaydalarına uyğun təşkil olunan yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Yarış zamanı bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçülüb, dezinfeksiyaedici məhlullardan istifadə olunub. Turnir tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə açıq havada təşkil edilib.

Üç hərəkət və dörd çəki dərəcəsi üzrə (80, 95, 110 kq və +110 kq) təşkil olunan stronqmen çempionatında 20 idmançı medallar uğrunda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda Rövşən Xəlilov (80 kq), Kamran Lazımov (95 kq), Orxan Həsənzadə (110 kq) və Razim Hüseynov (110 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan çempionatının qalibləri Nigeriyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.