İDMAN


Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları başlayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri - stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib.

AZƏRTAC xəbər verir ki, karantin qaydalarına uyğun təşkil olunan yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Yarış zamanı bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Turnir tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə açıq havada təşkil edilib.

Üç hərəkət və dörd çəki dərəcəsi üzrə (80, 95, 110 kq və +110 kq) təşkil olunan stronqmen çempionatının baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədovdur. Yarışda 20 idmançı gücünü sınayır.

“Strict curl” yarışlarında isə idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparırlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində 50 idmançı birincilik uğrunda yarışır.

Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.