ELM VƏ TƏHSİL


“StudyUK” məzun mükafatları müsabiqəsinin qalibləri müəyyənləşdirilib

Bakı, 18 fevral, AZƏRTAC

“British Council” və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi Azərbaycanda keçirilən “StudyUK” məzun mükafatları 2020-2021 müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

“British Council”dən AZƏRTAC-a bildirilib ki, qaliblər sahibkar və biznes sahəsi üzrə mütəxəssis olmalarına, icma rəhbərləri kimi təqdirəlayiq nailiyyətlərinə və Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrini gücləndirərək əhəmiyyətli rol oynadıqlarına görə dünya miqyasında 1300 namizəd arasından seçilib.

Beynəlxalq mükafat bütün dünyada Böyük Britaniyada ali təhsilin və orada təhsilini bitirən məzunların uğurlarını qeyd edir. Müsabiqənin yeddinci ilində Birləşmiş Krallığın 148-dən çox təhsil müəssisəsini təmsil edən 114-dən çox ölkədən olan məzun müsabiqəyə müraciət edib. Münsiflər heyəti tərəfindən həyata keçirilən müsahibələrdən sonra üç kateqoriyada - peşəkar nailiyyət, sahibkarlıq, sosial təsir mükafatlarının sahibləri müəyyənləşdirilib.

Peşəkar nailiyyət mükafatı Nərmin Axundovaya, sahibkarlıq mükafatı Zülfiyyə Əliyevaya, sosial təsir mükafatı Məryəm Tağıyevaya, Böyük Britaniyanın Azərbaycandakı səfiri tərəfindən təqdim edilən xüsusi mükafat isə Fidan Cavadovaya təqdim olunub.

“British Council”in Azərbaycan üzrə direktoru Samr Şah qeyd edib ki, “Study UK” məzun mükafatları müsabiqəsinin qalibləri olaraq seçilən nümunəvi şəxslər, müvəffəqiyyətlərində İngiltərədəki təhsil təcrübələrinin əhəmiyyətini nümayiş etdirdilər. Onlar öz sahələrində, müəssisələrində və icmalarında liderlərə çevrildilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.