CƏMİYYƏT


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri keçirilib VİDEO

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri keçirilib VİDEO

Bakı, 21 avqust, AZƏRTAC 

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində idarənin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz quş ovlanmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı, aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı müəyyənləşib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq brakonyerliklə məşğul olan şəxslərə qarşı da mütəmadi tədbirlər həyata keçirilir. Sonuncu belə tədbir zamanı Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu zamanı istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz tutduqları müxtəlif növ balıqlar aşkarlanaraq götürülüb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparırlar. Onlara müvafiq qərara əsasən sentyabrın 1-nə qədər ümumiyyətlə balıq ovlanmasının qadağan olunduğu barədə məlumatlar verilir. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək ala bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan qaydada cəza və cərimələr tətbiq olunacaq.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə və əməliyyat tədbirlərini qətiyyətlə davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.