CƏMİYYƏT


Su ehtiyatlarının çirklənmə dərəcəsinə, keyfiyyətinə nəzarət edilməsi ölkəmiz üçün vacib məsələlərdəndir VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC 

Su ehtiyatlarının idarə olunması hər bir ölkə üçün vacib məsələdir. Bildiyimiz kimi Azərbaycan regionda azsulu ölkələr sırasındadır. Bizim su ehtiyatlarımızın 70 faizi transsərhəd çaylar vasitəsilə digər ölkələrdən keçərək Azərbaycana daxil olur. Çox təəssüf ki, həmin transsərhəd çaylar digər ölkələrdə ciddi çirklənməyə məruz qalır. Ona görə də su ehtiyatlarının çirklənmə dərəcəsinə, keyfiyyətinə nəzarət edilməsi ölkəmiz üçün vacib məsələlərdəndir. Dövlətimiz su ehtiyatlarının analizi və keyfiyyətinə nəzarət məsələsinə çox ciddi diqqət yetirir.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Nazir müavininin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində su ehtiyatlarının keyfiyyətinə nəzarət edilməsi ilə bağlı laboratoriyalar mövcuddur. Həmin laboratoriyaların müasir tələblərə cavab verən yeni texnologiyalarla təchiz edilməsi günümüzün ən aktual məsələlərindən biridir:

“Azərbaycanda milli su siyasəti və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyi" konsepsiyasının tərkib hissəsi olaraq ən müasir cihaz və avadanlıqlarla təchiz edilən yenilənmiş laboratoriyada su analizlərini aparmaq, ölkəmizdə su hövzələrinin və digər su ehtiyatlarının çirklənmə səviyyəsini, o cümlədən istifadəyə yararlılıq həddini daha dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olacaq.

Laboratoriyanın yenidən qurulmasında və potensialının genişləndirilməsində məqsəd Xəzərə axıdılan transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, sahil və keçid sularının monitorinqinin keyfiyyət səviyyəsinin yüksəlməsini təmin etməkdir”, - deyə nazir müavini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.