Su ehtiyatlarının mərhələli şəkildə inteqrasiyalı idarə olunması üçün Milli Su Strategiyası hazırlanıb
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Su ehtiyatlarının mərhələli şəkildə inteqrasiyalı idarə olunması üçün Milli Su Strategiyası hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
R.Verdiyev bildirib ki, sudan səmərəli istifadə, müasir metodların tətbiqi həmin strategiyada öz əksini tapıb: “Strategiya vasitəsilə müxtəlif dövrlərdə - qısa, orta və uzun illik planlaşdırma dövründə ən müasir mütərəqqi idarəetmə prinsipinə, yəni inteqrasiyalı idarəetməyə əsaslanan su idarəsini təmin etmək istəyirik. Ümid edirik ki, strategiyanın qəbul edilməsi və icrası nəticəsində su təminatını lazımi formada həyata keçirə və yaxın 15-20 ildə arzuladığımız nəticəni əldə edə biləcəyik”.
Xəbərin mətnində orfoqrafik səhv var