CƏMİYYƏT


Su elektrik stansiyalarının ekoloji faydaları hansılardır?

Su elektrik stansiyalarının ekoloji faydaları hansılardır?

Bakı, 26 may, AZƏRTAC

Su elektrik stansiyalarının ekoloji üstünlüklərindən biri yeraltı su ehtiyatlarının çirklənmədən qorunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

O, su elektrik stansiyalarının ekoloji üstünlükləri barədə danışarkən bildirib ki, üstünlüklərə, həmçinin sel və daşqınlardan mühafizə, çay balıqlarının qorunması və kompleks tədbirlər də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.