CƏMİYYƏT


Su haqqında informasiyaların hərtərəfli idarəçiliyinə dair təlim öz işinə başlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan və Avropa Ətraf Mühit Agentliyinin ekspertlərinin siyasi qərarların qəbul edilməsi və su ehtiyatlarının inteqrasiyalı idarəçiliyinin həyata keçirilməsini dəstəkləyə biləcək su informasiya sisteminin yaradılması üçün potensialı formalaşdıran 5 günlük təlim sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin əsas məqsədi ətraf mühit üzrə birgə informasiyanın, o cümlədən planetimizdəki bütün həyat, ekosistemlər, cəmiyyət və iqtisadiyyat üçün vacib əhəmiyyətli resurs olan su sektoru üzrə məlumatların cəmləşdirilməsinin, hərtərəfli məlumata əsaslanaraq dəniz və şirin su ekosistemlərini dəstəkləyən, suyu süzməkdən, durultmaqdan və saxlamaqdan daşqınların qarşısının alınmasına qədər və iqlim tarazlığının saxlanmasından bioloji müxtəlifliyin qorunmasına qədər bir çox vacib amillərə xidmət edən etibarlı və səmərəli siyasətlərin formalaşdırılmasının mümkünlüyünü aşılamaqdır.

Qeyd edək ki, Birgə Ekoloji İnformasiya Sistemi (SEİS) II Şərq Layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir. Dörd illik layihə Ətraf Mühit üzrə Birgə İnformasiya Sisteminin prinsiplərini və təcrübələrini həyata keçirir. O, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 6 ölkə arasında təcrübə mübadiləsi və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır. Layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialı formalaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.