DÜNYA
Sualtı anbarlar inşa olunacaq
Bakı, 11 iyul, AZƏRTAC
“Amazon” korporasiyası suyun altında yerləşən anbarlarda məhsulların saxlanılma texnologiyasını təsvir edən patenti qeydiyyatdan keçirib. Patenti şərh edən ekspertlərin fikrincə, futuristik sualtı anbar yüksək texnologiyalar sahəsində inqilab olacaq.
AZƏRTAC planet-today.ru saytına istinadla xəbər verir ki, məhsulların anbara çatdırılması üçün konveyerlər və paraşütlərdən istifadə olunacaq. Yüksək rütubət səbəbindən korlana biləcək məhsullar xüsusi mühafizə olunan konteynerlərdə saxlanılacaq. Ən maraqlısı isə məhsulların anbardan suyun səthinə qaldırılması prosesidir. Bu, xarici siqnal qəbul edən nişanlar vasitəsi ilə həyata keçiriləcək. Nişan aktiv olduqdan sonra, xüsusi hava şarı dolmağa başlayır və konteyneri yuxarı qaldırır.
Ekspertlər bildiriblər ki, hətta kosmosda belə anbar tikmək mümkündür.