DÜNYA


Sualtı daşımalar üçün məsafədən idarə edilən ilk robot təqdim edilib

Bakı, 20 iyul, AZƏRTAC

Çin Dəmir Yolu Korporasiyası (China Railway Rolling Stock Corporation, CRRC) sualtı daşımaların həyata keçirilməsi üçün məsafədən idarə edilən yeni aparat təqdim edib. Robot kommersiya istifadəsi üçün hazırlanan ilk qurğudur.

AZƏRTAC “TASS www.tass.ru” resursuna istinadən bildirir ki, məsafədən idarə olunan digər sualtı aparatlar kimi, təqdim edilən model tədqiqat xilasetmə əməliyyatları, texniki baxış işlərinin aparılması, suyun dibindən əşyaların çıxarılması, eləcə də neft-qaz kompleksi işlərinin müşayiət edilməsi məqsədilə istifadə olunacaq.

“CRRC” nümayəndələrinin sözlərinə görə, yeni robot gücə görə mövcud analoqlarını üstələyir: aparata quraşdırılan mühərrikin gücü 250 at gücü təşkil edir ki, bu da “BMW X6” markalı avtomobilin gücünə bərabərdir. Çəkisi 5 ton olan qurğunun yükgötürmə qabiliyyəti 4 ton təşkil edir.

Bildirilir ki, yeni qurğu suyun 3 min metr dərinliyində real vaxt rejimində 1-3 metr görünmə şəraitində işləyə bilir.

Aparata, həmçinin, exolokasiya texnologiyası quraşdırılıb ki, bu da qurğuya suyun altında müxtəlif əşyaların olduğu yeri müəyyənləşdirməyə imkan verir. Qurğunun işinin dəqiqliyi millimetrlərlə ölçülür. Robot suyun dibindən iynə ölçüsündə əşyanı qaldıra bilir.

Sualtı daşımalar üçün məsafədən idarə edilən yeni aparatın kütləvi istehsalı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.