ELM VƏ TƏHSİL
Subbakalavrların ərizə qəbulu davam edir
Bakı, 27 iyul, AZƏRTAC
Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 12:30-a olan məlumata görə, 13 min 864 subbakalavr elektron ərizəsini təsdiqlədib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:52]
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]