ELM VƏ TƏHSİL


Subbakalavrların nəzərinə:"Abituriyent"in xüsusi buraxılışında faydalı məlumatlar təqdim olunub

Bakı, 20 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılışda “2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı “İxtisas uyğunluğu cədvəli ” və digər faydalı məlumatlar təqdim olunub. Qəbul aparılan ixtisasların uyğunluğu DİM ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.

Jurnalı iyunun 21-dən etibarən DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.