SİYASƏT


Sübhan Bəkirov: “Dəniz kuboku” müsabiqəsinə ölkəmiz böyük qələbə əhval-ruhiyyəsi ilə hazırlaşıb

Bakı, 15 avqust, AZƏRTAC

Hərbi Dəniz Qüvvələrinin nəzarət-buraxılış məntəqəsində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə təşkil olunan “Dəniz kuboku” müsabiqəsinə ölkəmiz böyük qələbə əhval-ruhiyyəsi ilə hazırlaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 15-də “Dəniz kuboku” müsabiqəsinin açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

Kontr-admiral 5-ci dəfə ölkəmizdə keçirilən "Dəniz kuboku" müsabiqəsinin bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçiriləcəyinə inamını ifadə edib.

Qeyd edib ki, “Dəniz kuboku”na ölkəmiz böyük qələbə əhval-ruhiyyəsi ilə hazırlaşıb.

Prezident İlham Əliyevin Orduya diqqət və qayğısı nəticəsində Azərbaycanda bu cür yarışların keçirilməsinin əhəmiyyətini vurğulayan Sübhan Bəkirov deyib ki, bu yarışlar iştirakçılar arasında həmrəyliyi daha da gücləndirəcək: “Xəzər dənizində sülh, qonşuluq münasibətlərinin inkişafına təkan verəcək".

Sübhan Bəkirov keçirilən yarışların müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında, onların peşəkarlaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq komandalara uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.